Rəvan Qarayev ikinci dəfə boşandı

revan-qarayev-ikinci-defe-bosandi
Oxunma sayı: 16918

Müğənni Rəvan Qarayev 2-ci dəfə boşanıb.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu barədə “Show time” verilişində deyib. 

O, bu haqda ilk dəfə açıqlama verdiyini bildirib: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər”.

R.Qarayev daha sonra 3-cü dəfə ailə qurmayacağını vurğulayıb: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”