Rezidentura imtahanı avqustun 10-a kimi keçiriləcək

rezidentura-imtahani-avqustun-10-a-kimi-kecirilecek
Oxunma sayı: 1220

Magistraturaya dövlət sifarişli yerlərə qəbul olanların 95,7 faizi artıq qeydiyyatdan keçib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, digər yerlərə qəbul olanların isə 88,52 faizi qeydiyyatdan keçib: 

“Magistraturaya qəbul olunanların qeydiyyatı iyulun 20-nə qədər davam edəcək. Ümumilikdə 44 universitetdən 20-nə qəbul olanların 90 faizi qeydiyyatdan keçib”. 

M. Abbaszadə onu da qeyd edib ki, avqustun 10-a kimi rezidenturaya qəbul imtahanının keçirilməsi nəzərdə tutulub.