Dünya çempionatının 1/16 final mərhələsinin oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, favoritlərdən Portuqaliya və Xorvatiya üz-üzə gələcək.
Bu oyun mərhələnin mərkəzi matçı hesab olunur.
Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldo Portuqaliya yığmasının, 40 yaşlı Luka Modriç isə Xorvatiya yığmasının kapitanıdır. Bu dünya çempionatı iki əfsanəvi futbolçudan birinin son DÇ matçı olacaq.
Qarşılaşma saat 03:00-da başlayacaq.
DÇ-2026
Pley-off 03:00.
Portuqaliya – Xorvatiya
***
Matç başladı.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Xorvatiya hesabı açdı. 53-cü dəqiqədə İvan Perisiç fərqləndi.
***
Kriştianu Ronaldo hesabı bərabərləşdirir. O, 67-ci dəqiqədə penaltidən fərqlənir.
***
Kriştianu Ronaldo meydanı tərk edir. Ulduz futbolçunu Joa Neveş əvəzləyir.
***
Portuqaliya ikinci qolu vurdu. Qonzalo Ramos 90+4-cü dəqiqədə fərqləndi.
***
Matç başa çatdı.
Qeyd edək ki, Ronaldolu Portuqaliya yoluna davam edir. Xorvatiya kapitanı Modriç üçün dünya çempionatı başa çatır.
Son xəbərlər
Son Xəbərlər