Sabunçuda Polisi Günü qeyd olundu - Fotolar

sabuncuda-polisi-gunu-qeyd-olundu
Oxunma sayı: 406

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Sabunçu rayon Polis İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir Polis İdarəsinin akt zalında davam edib.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək və polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan bəhs edib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğunun və hüquq-mühafizə siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan A.Vəliyev dövlət başçısının polis orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahədə ardıcıl islahatların davamlı şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov çıxış edərək şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. O, çıxışında Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin təmin olunmasında və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.