Rüfət Axundovun videosuna görə səs rejissoru işdən qovuldu

rufet-axundovun-videosuna-gore-ses-rejissoru-isden-qovuldu
Oxunma sayı: 7660

Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru Etibar Mustafayev işdən qovulub.

O, uzun illər bu kanalda çalışırdı.