Rus Dram Teatrının avtobusu qəzaya düşdü - Video + Yenilənib

rus-dram-teatrinin-avtobusu-qezaya-dusdu
Oxunma sayı: 2772

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobus Şəkidə qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri teatrın aktyoru İbrahim Çingiz instaqram hesabında paylaşıb.

Avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, pəncərələri qırılıb.  

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

***

Daxili İşlər Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

DİN-dən “Qafqazinfo”ya bildirilib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində  Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və nəticədə 2 yan şüşəsi sınıb.

Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.