Rusiya Durovu terrorçu və ekstremistlər siyahısına saldı

rusiya-durovu-terrorcu-ve-ekstremistler-siyahisina-saldi
Oxunma sayı: 233

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (“Rosfinmonitorinq”) “Telegram” messencerinin yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Rosfinmonitorinq” yayıb.

Rusiya qanunvericiliyinə əsasən, banklar sözügedən siyahıya daxil edilən şəxslərin vəsaitlərini dondurur və onlara xidmət göstərməyi dayandırır. 

Xatırladaq ki, iyulun 29-da Rusiyanın Federal Təhlükəsizlik Xidməti P.Durova qarşı terror fəaliyyətinə yardım maddəsi üzrə ittiham irəli sürüldüyünü açıqlayıb. O həmçinin beynəlxalq axtarışa verilib.