Rusiya seçdi - Yenilənib

rusiya-secdi
Oxunma sayı: 8150

Rusiyada keçirilən prezident seçkilərində 15:45-ə olan seçici fəallığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçici fəallığı 70,81 faiz təşkil edir.

Xatırladaq ki, Rusiya prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.

***

Rusiya Mərkəzi Seçki Komissiyasının saytının məlumatına görə, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 20:00-da ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib.

**

Martın 15-dən başlayan və üç gün keçirilən səsvermə Moskva vaxtı ilə saat 20:00-da başa çatıb.

Rusiya MSK-nın məlumatına məlumatına görə, hazırkı dövlət başçısı Vladimir Putin protokolların 40 %-nin hesablanmasından sonra prezident seçkilərində 87,34 % səslə liderdir.

Digər namizədlərin səsvermə nəticəsi belədir:

Kommunist Partiyasını təmsil edən Nikolay Xaritonov (4,02 %);

“Yeni insanlar”dan Vladislav Davankov (3,98%);

Liberal Demokrat Partiyasından Leonid Slutski (3,07%)