Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair müzakirə apardılar

rusiya-ukrayna-muharibesinin-bitmesine-dair-muzakire-apardilar
Oxunma sayı: 633

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutan görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş səylər, Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələlər, 2026-cı ilin iyul ayında Ankarada keçiriləcək NATO-nun Zirvə görüşünə hazırlıq işləri və Türkiyə müdafiə sənayesinin NATO üzvlərinə töhfələri müzakirə edilib.