Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

rusiyada-dehsetli-qeza
Oxunma sayı: 247

Rusiyanın Arxangelsk vilayətində sərnişin mikroavtobusu, minik avtomobili və “KamAZ”ın toqquşması nəticəsində 13 nəfər həlak olub.

“Qafqazinfo” “112” Telegram kanalına istinadla xəbər verir ki, Xolmoqor rayonunda, M-8 magistral yolunun 1180-ci kilometrliyində baş verən ağır qəzada ölənlərdən 3-ü uşaqdır.

Hadisə yerinə 9 təcili yardım briqadası və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər xəstəxanalara yerləşdirilib. Vilayət Səhiyyə Nazirliyindən yaralıların vəziyyətinin ağır olduğu bildirilib.