Rusiyada polislərə hücum edildi - 2 ölü, 4 yaralı

rusiyada-polislere-hucum-edildi
Oxunma sayı: 1442

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında silahlı şəxslər yol polislərinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb. 

İnsident nəticəsində 2 polis həlak olub, daha 4 nəfər isə yaralanıb. 

Bildirilir ki, polislərə hücum edən 5 nəfər cavab atəşi ilə zərərsizləşdirilib. 

Qeyd edək ki, aprelin 22-də də Qaraçay-Çərkəz Respublikasında polislərə hücum edilmişdi. Zərərsizləşdirilən şəxslərin həmin hücumda iştirak etdiyi ehtimal olunur.