Rusiyada qasırğa nəticəsində ölən və yaralananlar var

rusiyada-qasirga-neticesinde-olen-ve-yaralananlar-var
Oxunma sayı: 531

Rusiyanın Samara bölgəsində əlverişsiz hava şəraiti ölümlə nəticələnib.

“Qafqazinfo” “Telegram 112” kanalına istinadən xəbər verir ki, Samarada qasırğa nəticəsində 3 nəfər ölüb.

“Rayonda ağacların aşması nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb. Həmçinin güclü külək nəticəsində Tolyatti şəhərinin Yubileynaya küçəsində avtobus dayanacağı uçaraq 70 yaşlı qadını əzib. O, xəstəxanaya yerləşdirilib”, - yazıda deyilir.