Rusiyada “qəhrəman ana”lara 1 milyon rubl veriləcək

rusiyada-qehreman-analara-1-milyon-rubl-verilecek
Oxunma sayı: 3494

Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” adının təsis edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, həmin ad 10 və daha çox uşaq dünyaya gətirən analara veriləcək. Eləcə də, onlara həvəsləndirici olaraq 1 milyon rubl (27 700 manat) da ödəniləcək.

Fərmanda qeyd edilir ki, “Qəhrəman ana” adı “Rusiya Federasiyası qəhrəmanı” və “Əmək qəhrəmanı” ilə yanaşı, ölkədə üç ali tituldan birinə çevrilir.