Rusiyada qubernator bıçaqlandı - Yenilənib

rusiyada-qubernator-bicaqlandi
Oxunma sayı: 3385

Ötən gün Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, ona hücum edən şəxs saxlanılıb, Çibis isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qubernator vətəndaşlarla görüşdən sonra çölə çıxarkən naməlum şəxs onu qarnından bıçaqlayıb.

Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, şübhəli şəxs saxlanılan zaman yaralanıb.

***

A.Çibis əməliyyat olunub.

Qubernator əməliyyatdan sonra öz teleqram kanalında paylaşım edərək özünü yaxşı hiss etdiyini qeyd edib. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Çibisə hücum edən şəxs dindirilib. Onun sözlərinə görə, qubernatoru şəxsən tanımasa da, onu təqdir etmədiyinə görə bu addımı atıb.