Rusiyada tikinti materialları bazarı yanır - Video

rusiyada-tikinti-materiallari-bazari-yanir
Oxunma sayı: 2098

Rusiyanın Balaşixa şəhərində tikinti materiallarının satıldığı “Stroytrakt” ticarət mərkəzində yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ilk olaraq, açıq sahədə olan tikinti materialları yanıb, daha sonradan isə yanğın binanın birinci və ikinci mərtəbəsinə yayılıb.

İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub.

Yanğın nəticəsində ticarət mərkəzinin mühafizəçisi xəsarət alıb.