Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılır

rusiyadan-ermenistana-tebii-qaz-tedaruku-muveqqeti-dayandirilir
Oxunma sayı: 362

Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.

Qaz tədarükünün dayandırılması Rusiya ərazisində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqələndirilib. 

“Rusiya Federasiyası ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində kompleks planlı profilaktik və təmir işləri ilə əlaqədar olaraq, sözügedən qaz kəməri ilə Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq”, - məlumatda deyilir. 

Bildirilib ki, qeyd olunan müddət ərzində Ermənistanda istehlakçıların fasiləsiz və etibarlı qazla təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə həcmli təbii qaz hesabına həyata keçiriləcək.