“Rusiya hərbi kəşfiyyatının (QRU) xarici əməliyyatlar üzrə rəhbəri, general-mayor Andrey Averyanov öldürülüb”.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov çıxış edib.
Onun sözlərinə görə, general Ukrayna ordusu tərəfindən həyata keçirilən hücum nəticəsində həyatını itirib:
“Hadisə zamanı təyyarədə generalın bir neçə müavini də olub və onlar da həlak olublar. Averyanov birbaşa Putinin göstərişləri ilə hərəkət edərək Avropa İttifaqı ölkələrində gizli sövdələşmələr, casusluq şəbəkələrinin idarə olunması, təxribat və partlayışların təşkilinə görə məsuliyyət daşıyırdı”.
Bundan əlavə, iddialar arasında Averyanovun “Vaqner” rəhbəri Yevgeni Priqojinin təyyarəsinin bombalanmasında və Böyük Britaniyadakı məşhur “Skripal işi”ndə (Noviçok zəhərlənməsi) bilavasitə iştirak etdiyi də yer alır.
Qeyd edək ki, rəsmi Moskva hələlik sözügedən iddialarla bağlı hər hansı açıqlama verməyib.
Son xəbərlər
Son Xəbərlər