Ukraynanın Gənclər və İdman Nazirliyi bir sıra idmançıları və məşqçiləri müxtəlif titullardan məhrum edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq Sərəncam nazirliyin saytında dərc olunub.
Məlumata görə, Rusiyanı dəstəkləyən və ya Ukrayna qanunvericiliyini pozan bir sıra idmançı və məşqçinin “İdman ustası” və “Əməkdar məşqçi” idman titulları ləğv edilib.
Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Anatoli Timoşukdan “Əməkdar idman ustası” və “Ukraynanın idman ustası” titulları, eləcə də oxşar titullar şahmatçı Sergey Karyakindən geri alınıb.
“Dinamo”nun və Gürcüstan millisinin sabiq futbolçusu Kaxa Kaladze “Ukraynanın beynəlxalq dərəcəli idman ustası” titulundan, həmçinin avarçəkmə üzrə Ukrayna çempionu Larisa Jalinska, karateçi Yevgeni Pilipyuk, onun həyat yoldaşı Darya Pilipyuk və başqaları müxtəlif idman titullarından məhrum ediliblər.
Son xəbərlər
Son Xəbərlər