“Rusiyanın keçirmək istədiyi referendumu tanımırıq” - Türkiyə

“Rusiyanın keçirmək istədiyi referendumu tanımırıq”
Oxunma sayı: 1697

“Krımla bağlı mövqeyimiz nədirsə, Donetsk və Luqanskla bağlı mövqeyimiz də eynidir. Biz Rusiyanın keçirmək istədiyi referendumu tanımırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

O, ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini bildirib:

Rusiya sövdələşmə edib, "daşları yenidən düzmək" istəyir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik. Bu müharibədə Ukraynanın yanındayıq. Müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Müharibə başlayanda proqnozumuz belə idi ki, müharibə uzun müddət davam edəcək. İndiki mənzərə ondan ibarətdir ki, müharibə davam edəcək”.