Ruslan Əliyev vəzifəsindən azad edildi - Yeni təyinat - Yenilənib

ruslan-eliyev-vezifesinden-azad-edildi
Oxunma sayı: 19918

“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.

Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.

Xəbəri rus dilində oxuyun: Скончался музыкант, женившийся месяц назад - ФОТО

Qeyd edək ki, Azər Məmmədov daha əvvəl “SOCAR Georgia”nın törəmə şirkəti olan “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsini icra edib.

Hazırkı təyinatadək isə baş direktorun müavini vəzifəsində çalışırdı.

***

SOCAR-dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azər Məmmədovun “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edildiyi təsdiqlənib.