“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, Vorovski qəsəbəsinin tam olaraq, M. Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.