Sabah bu ərazilərdə qaz olmayacaq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 3450

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, 27.11.2025-ci il saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.