“Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə qarşı

sabahin-u-19-komandasi-mancester-yunaytede-qarsi
Oxunma sayı: 371

Bu gün “Sabah” klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz 1-ci turda İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.

Mançesterdə keçiriləcək görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

Xatırladaq ki, bu klubların əsas komandaları isə “Old-Trafford”da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda üz-üzə gələcəklər.