Putindən Rusiyada işləmək istəyən miqrantlar haqqında - Açıqlama

putinden-rusiyada-islemek-isteyen-miqrantlar-haqqinda
Oxunma sayı: 907

Rusiyadan deportasiya edilən qanunsuz miqrantların sayı 2,6 dəfə, yəni 85 faiz artıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkənin daxili işlər nazirinin birinci müavini, ölkənin Miqrasiya Xidmətinin rəisi Andrey Kikotla görüşdə bildirib. 

Dövlət başçısı miqrantların məqsədyönlü seçimindən yana olduğunu söyləyib. Onun sözlərinə görə, bu, həm də miqrantların öz hüquqlarını təmin etmək üçün zəruridir:

“Onlar (miqrantların gəldiyi ölkələr - red.) iş üçün Rusiyaya gəlmək istəyən insanları birlikdə hazırlamaqda maraqlıdırlar. Onlara həm iş, həm də Rusiyada yaşamaq üçün hazırlıq keçək”.