Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

yelken-idmani-uzre-aciq-azerbaycan-cempionati-kecirilecek
Oxunma sayı: 172

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla 12-14 sentyabr tarixlərində Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanla yanaşı Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat federasiyanın yelkən mərkəzində, “Ramada Hotel”in qarşısında, Şıxov çimərliyi ərazisində baş tutacaq. Mübarizəyə hər gün saat 11:00-da start veriləcək.

Mükafatlandırma mərasimi sentyabrın 14-ü saat 18:00-da başlayacaq.

Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.