“Əsas maneə bir-birindən nifrət edən iki nəfərdir” - Tramp-Video

esas-manee-bir-birinden-nifret-eden-iki-neferdir
Oxunma sayı: 325

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığının təfərrüatlarını və Ukrayna münaqişəsinin həllindəki əsas maneəni açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbərinin bu açıqlamalarını “Rapid Response” layihəsi öz “X” hesabında paylaşıb.

Jurnalistlərin “Bizə Prezident Putinlə olan danışığınızdan bəhs edə bilərsinizmi?” sualına cavab verən ABŞ Prezidenti söhbətin çox müsbət ruhda keçdiyini bildirib:

“Möhtəşəm bir danışığımız oldu. O, saziş bağlamaq istəyir və əgər Zelenski də bir saziş bağlamaq istəyirsə, bu, çox gözəl olardı”.

Ağ Ev rəhbəri münaqişənin dayandırılmasına mane olan əsas amil barədə verilən “Bəs maneə nədir?” sualını isə qısa və sərt şəkildə cavablandırıb:

“Maneə – bir-birindən nifrət edən iki şəxsdir”.