Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayının önündə Fransa Prezidenti Emmanuel Makronla görüşə gedərkən paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Ermənistan hökumət başçısı Makronun onu gözlədiyi anları avtomobilin pəncərəsindən lentə alaraq öz teleqram kanalında paylaşıb.
Videoda Paşinyan əvvəlcə özünü, daha sonra isə Yelisey sarayının girişində onu qarşılamağa hazırlaşan Fransa liderini nümayiş etdirib. O, paylaşıma “Prezident Makronla görüşə gəldim” sözlərini yazıb.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər