“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.
“Qafqazinfo” xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda “Mançester Yunayted”in qonağı olacaq.
“Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.
Komandanın aparıcı üzvlərindən olan Stiv Solvet zədə səbəbindən oyunu buraxacaq.
Xatırladaq ki, “Sabah” tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.
Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
23:00. “Mançester Yunayted” (İngiltərə) - "Sabah" (Azərbaycan)
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
“Old Trafford”, Mançester, İngiltərə.
Son xəbərlər
Son Xəbərlər