“Şabanoğlu Şaban” əfsanəsi qayıdır - Bu dəfə baş rolda oğlu olacaq

sabanoglu-saban-efsanesi-qayidir
Oxunma sayı: 651

Türkiyənin məşhur komediya filmlərindən olan “Şabanoğlu Şaban”ın davamı çəkilir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni çəkiləcək “Şabanoğlu Şabanoğlu Şaban” adlı filmdə baş rolu mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunal canlandıracaq. 

Məlumata görə, ilk dəfə 1977-ci ildə ekranlaşdırılan əfsanəvi filmin davamı ilə kinoda “Şaban” obrazının ikinci nəsil dövrü başlayacaq.

Rejissorluğunu Can Ulkay edəcək ekran əsərinin çəkilişlərinə ayın sonunda başlanılması planlaşdırılır.

Hazırda filmin aktyor heyətinin formalaşdırılması üçün danışıqlar davam edir.