Sabiq prezident indi parkda işləyir - Foto

sabiq-prezident-indi-parkda-isleyir
Oxunma sayı: 13272

İslandiyanın keçmiş prezidenti Qudni Yohannesson özünə yeni iş tapıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, indi Thingvellir Milli Parkında bələdçi işləyir.

“Iceland Monitor”un yazdığına görə, ekskursiyalar üçün minnətdar olan turistlər, onları İslandiyanın keçmiş prezidentinin müşayiət etdiyini bilmirlər.

Qeyd edək ki, hazırda 56 yaşı olan Yohannesson 2016-cı ildən 2024-cü ilin avqustun 1-dək İslandiya Prezidenti olub. O, 48 yaşında ölkə tarixində ən gənc prezident kimi yadda qalıb.