Sabirabadda zəncirvari qəza - 1 ölü, 8 yaralı-Fotolar-Yenilənib

sabirabadda-zencirvari-qeza
Oxunma sayı: 744

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib. 

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus, “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub. 

Qəzada “VAZ”ın sürücüsü, 1978-ci il təvəllüdlü Qaragüney sakini İbrahim Səxavət oğlu Qurbanov hadisə yerində ölüb. 

Digər avtomobillərdə olan sərnişinlər - 2000-ci il təvəllüdlü Bəxtiyar Ələsgərov, 1990-cı il təvəllüdlü Xalidə Əhmədova, 1970-ci il təvəllüdlü Arifə Allahverdiyeva, 1975-ci il təvəllüdlü Emin Xudiyev, 1964-cü il təvəllüdlü Mürvət Turabov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Surxay Şahbazov