Yolu keçən piyada canından oldu

yolu-kecen-piyada-canindan-oldu
Oxunma sayı: 553

Ötən gün saat 7 radələrində Suraxanı rayonu Zığ qəsəbəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, O.Göyçayev idarə etdiyi “BYD Seal 05” markalı avtomobillə Rövşən Göyüşov küçəsi ilə hərəkətdə olarkən piyada Əzizova Yekaterina Serafimovnanı vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.