Aeroportdan Bakının əsas məntəqələrinə servis avtobusları işləyəcək - Sabahdan

aeroportdan-bakinin-esas-menteqelerine-servis-avtobuslari-isleyecek
Oxunma sayı: 681

Sabahdan etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 Hava Limanı servisləri fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 2WUF13Azerbaijan”ın “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, gələn iştirakçılar 6 xüsusi hava limanı servisindən istifadə edə biləcəklər:

A1 | 28 May,

A2 | Nərimanov,

A3 | İzmir,

A4 | Şıx,

A5 | İçərişəhər,

A6 | “Sea Breeze”.

Qeyd edilib ki,15 may 2026-cı il tarixindən etibarən A2 Nərimanov marşrutu da WUF13 məkanına birbaşa əlaqə təmin edəcək.

Aeroport servisləri WUF13 nəqliyyat mərkəzlərinə, yaşayış sahələrinə və Forum məkanına rahat giriş təmin edəcək.

Rəsmi WUF13 nəqliyyat cədvəlinə uyğun olaraq, akkreditə olunmuş WUF13 iştirakçıları üçün servislər 24/7 fəaliyyət göstərəcək.

Vurğulanıb ki, akkreditasiya olunmuş WUF13 iştirakçıları üçün servis xidmətləri pulsuzdur. Hələ akkreditasiya nişanını almamış iştirakçılar servisə çıxış üçün onlayn qeydiyyat təsdiqnamələrini təqdim edə bilərlər.