Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı, ölən var

sabranda-opel-samur-abseron-kanalina-asdi-olen-var
Oxunma sayı: 1328

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.