Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

sabuncu-bazarinin-qarsisinda-agir-qeza-olen-var
Oxunma sayı: 1470

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə “Mercedes E-Class” markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.

Qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılaraq istintaq aparılır.