Sabunçuda Heydər Əliyevin anım günü qeyd edildi - Fotolar

sabuncuda-heyder-eliyevin-anim-gunu-qeyd-edildi
Oxunma sayı: 1757

12 dekabrda Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, milli məclisin millət vəkili, SRİHB-nın müavinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayır.

Qeyd olunub ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra SRİH başçısı, SRİHB-nın müavinləri və rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.