Sadə şərtlər, böyük imkanlar - “Sara Lizinq” MMC

sade-sertler-boyuk-imkanlar
Oxunma sayı: 579

Bu gün ölkəmizdə aqrar sahənin inkişafı məqsədilə kənd təsərrüfatı texnikaları və avadanlıqlarına tətbiq edilən Dövlət subsidiyası və faizsiz lizinq yolu satışı dövlətimizin bu sahəyə xüsusi diqqət ayırmasının göstəricisidir. Uzun zamandır bu sektorda böyük təcrübə qazanan “Sara Lizinq” MMC sahibkarlar və fermerlər üçün sadə şərtlərlə geniş imkanlar təqdim edir.

“Qafqazinfo” AZERA Holdinqə daxil olan və kənd təsərrüfatının inkişafında xüsusi yer tutan şirkətin uğurlu fəaliyyəti ilə sizi yaxından tanış etmək üçün “Sara Lizinq” MMC-nin direktoru Mirtofiq Mirsalahovla müsahibəni təqdim edir: 

- Mirtofiq bəy, şirkətin əsas fəaliyyət istiqaməti barədə nələri qeyd edə bilərsiz?

- Məlumat üçün bildirim ki, şirkətimiz 2022-ci ildə təsis edilib  və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkkil kredit təşkilatlarından biridir. Əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı sahəsində çalışan fermerlərə rəsmi zəmanətli texnika və aqreqatların 40% Dövlət subsidiyası tətbiq olunmaqla güzəştli lizinq şərtləri ilə satışını təşkil etməkdir. Bununla yanaşı müxtəlif kənd təsərrüfatı yönümlü layihələrin həyata keçirilməsində fermerlərə həm maliyyə həm də texniki dəstək göstəririk. 

- Nə üçün məhz “Sara Lizinq” MMC? Sizin hansı üstünlükləriniz var? 

- Şirkətimizi fərqləndirən əsas üstünlüklərdən biri fermerlərə sürətli maliyyə lizinqi xidmətinin göstərilməsidir. Yəni, fermerlərimiz şirkətə müraciət etdiyi andan “Beş addımda lizinq al” yanaşmalı xidmətlərimiz sayəsində cəmi bir neçə saat ərzində tələb etdikləri texnika ilə təmin olunurlar. Məhz bu operativ xidmətin nəticəsidir ki, şirkətimiz həm fərdi, həm də iri korporativ müştərilər ilə uzunmüddətli səmərəli əməkdaşlığını davam etdirir. Bir daha qeyd edim ki, bütün texnikalara rəsmi zəmanət verilir. 

- Son illərdə şirkətin inkişaf dinamikasında hansı yeniliklər baş verib? 

- “Sara Lizinq” MMC  hazırda respublika ərazisində aqrar sahədə fəaliyyət göstərən çoxlu sayda təchizatçı və istehsalçı şirkətlərlə əməkdaşlığını uğurla davam etdirir. Biz müştərilərin təlabatına uyğun olaraq bəzi texnika və avadanlıqları (traktor, kombayn, aqreqatlar) birbaşa istehsalçıdan tədarük edirik. Bu gün müştərilərin sifarişi əsasında Türkiyə, Çin və Avropanın bir çox ölkələrindən məhşur şirkətlərin istehsal etdiyi texnika və avadanlıqları ölkəmizə idxal edərək öz müştərilərimizə təqdim edirik. 

- Fermerlərə daha yaxın olmaq üçün şirkət regionlarda təmsil olunurmu? 

- Hazırda “Sara Lizinq” MMC respublika ərazində 4 nümayəndəliklə faəliyyətini davam etdirir. Qərb regionundan olan fermerlərə Goranboy, şimal-qərb regionundan olan fermerlərə Zaqatala, cənub regionundan olan fermerlərə isə Salyan nümayəndəliyi vasitəsi ilə xidmət göstəririk. İlin sonuna kimi isə daha iki regionu əhatə edən nümayəndəliyin açılmasını planlaşdırırıq. Həmçinin qeyd etmək istərdim ki, şirkətin ötən ildən etibarən Naxçıvan MR-da nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin ilk Müvəkkil Kredit təşkilatı olaraq Muxtar Respublikada olan fermerlərə xidmət göstəririk. 

- Xidmət dövründə hansı hallar sizdə narahatlıq doğurur?

- Sözsüz ki, iş olan yerdə müəyyən çətinliklər də olur. Bildiyiniz kimi bir çox kənd təsərrüfatı texnikaları ağır şum, əkin və s. işlər üçün istifadə olunduğundan hər zaman saz vəziyyətdə olmalıdır. Texnikalar mövsüm ərəfəsində zəmanət şərtlərinə uyğun olaraq texniki baxışdan keçirilməli və zamanında hazır vəziyyətə salınmalıdır ki, fasiləsiz fəaliyyətləri təmin edilsin. Təəssüf ki, bəzi fermerlərimiz bu prosesləri vaxtında icra etmədiyindən istifadə zamanı müəyyən problemlər ortaya çıxır. Bu səbəbdən çalışırıq ki, fermerlərlə servis xidmətləri arasında düzgün kommunikasiyanı daha da gücləndirək ki, bu kimi problemlərlə gələcəkdə üzləşməsinlər.

- Lizinq şirkətlərinin bazar mövqeyini necə dəyərləndirisiniz? 

- Qeyd etmək istərdim ki, “Sara Lizinq” MMC lizinq bazarında, xüsusilə aqrar sektor üzrə sürətlə inkişaf edən şirkətlərdən biridir. Artıq deyə bilərik ki, bu sahədə fəaliyyət göstərən aparıcı ilk üç şirkət arasında yer alırıq. Qısa müddət ərzində yüzlərlə fermerə sürətli maliyyə lizinqi xidmət göstərməyə davam edirik. Bugün müştərilər vaxt itirmədən, sərfəli və əlçatan lizinq şərtlərimizdən yararlana və müasir kənd təsərrüfatı texnikalarına asanlıqla sahib ola bilirlər.

Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, Ələsgər Qayıbov küç. 1222

Əlaqə: +99451 240-28-82

Elektron poçt: [email protected]