Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini işdən çıxardı

sahin-bagirov-bas-gomruk-idaresi-reisini-isden-cixardi
Oxunma sayı: 10747

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Həmçinin oxuyun: Дочь замминистра признана одной из лучших - Фото

DGK-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı saytımıza təsdiq ediblər. Bildirilib ki, gömrük polkovniki M.Sadıqov təqaüdə göndərilib.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Xəbəri ilk olaraq “Unikal” yayıb.