Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Fənərbağça” - “Adana Demirspor” matçında meydan sahiblərinin futbolçusu Duran Tadiç mərkəzdən qol vurub.
“Qafqazinfo” xəbər verir ki, o, 46-cı dəqiqədə millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləyən Vedat Karakuşu məyus edib.
Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Həmin qolun vidosunu təqdim edirik: