Salyanda 27 yaşlı qadın dəm qazının qurbanı oldu

salyanda-27-yasli-qadin-dem-qazinin-qurbani-oldu
Oxunma sayı: 1377

Salyan rayon sakini dəm qazından boğularaq ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tale Davudzadə küçəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini, 1992-ci təvəllüdlü Bədəlova Zəkirə yaşadığı evin hamamında dəm qazında boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli