Sarkisyan Səudiyyə Ərəbistanına getdi

sarkisyan-seudiyye-erebistanina-getdi
Oxunma sayı: 2231

Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Sarkisyanə Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. 

Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.