Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı

seda-sayanin-suruculuk-vesiqesi-elinden-alindi
Oxunma sayı: 1562

Türkiyənin məşhur müğənnisi, TV 8-də yayımlanan “O səs” yarışmasının münsifi Seda Sayanın sürücülük vəsiqəsi müsadirə olunub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin sərxoş halda avtomobil idarə etməsi olub.

İstanbulun Zincirlikuyu ərazisində saxlanılan ifaçının spirtli içkidən istifadə etdiyi məlum olub. S. Sayanın vəsiqəsi altı ay müddətinə əlindən alınıb.

“İldə 2-3 dəfə maşın sürürəm. Onda da sərxoş halda saxlanılıram”- deyə Seda mövzu barədə açıqlama verib.