“Səfirlikdəki polis hadisəni görə-görə oradan uzaqlaşıb”

sefirlikdeki-polis-hadiseni-gore-gore-oradan-uzaqlasib
Oxunma sayı: 2644

“İranın polis maşını hücumdan 2 dəqiqə sonra əraziyə gələrək postdakı polislə birlikdə oradan uzaqlaşıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə nazirlikdə keçirilən brifinqdə deyib.  

O bildirib ki, giriş qapısındakı növbətçi nəinki hadisəyə müdaxilə etməyib, hadisəni görə-görə oradan uzaqlaşıb: “Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib”.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb.

Amin Nəzərli

Foto: Pərvin Zeynal