Şəhərin mərkəzində “Xonça Chocolate & Patisserie” fəaliyyətə başladı - Fotolar

seherin-merkezinde-xonca-chocolate-patisserie-fealiyyete-basladi
Oxunma sayı: 570

“Xonça Chocolate & Patisserie” Bakının mərkəzində qapılarını ziyarətçilərin üzünə açıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin kulinariya xəritəsində yeni ünvan olan “Xonça Chocolate & Patisserie” incə zövqü, zərif atmosferi və xüsusi desertləri bir araya gətirərək şirniyyat və şokolad sevənlər üçün fərqli bir təcrübə təqdim edir.

Burada premium şokoladlar, müxtəlif tortlar, kruasanlar, peçenyelər, sendviçlər, həmçinin hədiyyəlik seçimlərlər də təqdim olunur. Məhsullar yüksək keyfiyyətli xammallardan, xüsusilə kərə yağı və Belçikadan gətirilən şokoladlardan hazırlanır. Dad və keyfiyyətə xüsusi diqqət yetirilərək məhsullar klassik və müasir reseptlər əsasında hazırlanır.

“Xonça”da çay, kofe, smuzi və digər içkilər də müştərilərə təqdim olunur. Məkanda yer alan kitab rəfləri isə fərqli bir rahatlıq yaradır, qonaqlar istədikləri içki və şirniyyatı əldə edərək kitab oxuya bilərlər. Məkanın ümumi ab-havası zövqlə düşünülmüş interyer və estetik vitrin detalları ilə tamamlanır.

Şəhərin mərkəzində yerləşən bu yeni ləzzət məkanı desert, şokolad və şirniyyat sevənlər üçün daha əlçatan və zövqlü seçim yaradır. “XonçaChocolate & Patisserie” Səbail rayonu, Rəsul Rza küçəsi 11B (Xəqani Bağı) ünvanında yerləşir.