Şəhid dəmiryolçu Asif Qocayevin Zəfər yolu - Video

sehid-demiryolcu-asif-qocayevin-zefer-yolu
Oxunma sayı: 1540

Zəfərə gedən yolda cəsarətlə vuruşaraq xalqımıza qələbə sevincini yaşadanlar sırasında cəsur dəmiryolçularımız da var.

Dəmiryolçularımızdan dördü - Aqil Bağırov, İlqar Vəliyev, Vüqar Məmmədov və Asif Qocayev isə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Həmçinin oxuyun: Члены семьи Гурбановых, ставшие шехидами в первый день войны... 

44 günlük döyüş yolu keçmiş, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş dəmiryolçu Asif Qocayev Şuşa ətrafında gedən döyüşlər zamanı digər yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub.

“Azərbaycan Dəmir Yolları” QSC şəhid A.Qocayevin ailəsi ilə görüşüb və cəsur döyüşçünün zəfər yolu haqqında video paylaşıb.

“Misilsiz qələbəmizin ildönümündə zəfəri öz qanlarıyla tarixə yazanları fəxr və qürur hissi ilə anırıq!”, - paylaşımda deyilir.