Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə yeni rəis təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Səttar Məhərrəmzadə bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, S.Məhərrəmzadə Birinci Qarabağ müharibəsində “Daşaltı əməliyyatı” zamanı şəhid olan Nazim Məhərrəmovun oğludur.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər