Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndinin istifadəsini təsdiqlədi

sehiyye-nazirliyi-sputnik-v-peyvendinin-istifadesini-tesdiqledi
Oxunma sayı: 1737

Azərbaycan Səhiyyə Nazirliyi  Rusiya istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib. 

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və “COVID-19” koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Məlumata görə, Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. 

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Gülnar Əliyeva