Şəhriyar Məmmədyarovdan qələbə

sehriyar-memmedyarovdan-qelebe
Oxunma sayı: 950

Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.

Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb.

Qeyd edək ki, "Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.