Şəkidə 4 nəfəri çaqqal dişlədi - Yenilənib

sekide-4-neferi-caqqal-disledi
Oxunma sayı: 883

Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.

Oktay Əliyev (71 yaş), Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.

Xəsarət alan şəxslər Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:10 radələrində yırtıcı heyvan dişləməsi səbəbilə 4 nəfər (2 kişi, 2 qadın) Şəki rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.