Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

sekide-korpuden-yixilan-muellim-oldu
Oxunma sayı: 1062

Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbin coğrafiya müəllimi Məmməd İslamov bu gün saat 7:30-da Şəkidə “Qoxmuq körpüsü” adlanan yolötürücüsündən yıxılıb. O, çay yatağına düşərək həlak olub.

Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M.İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən altıncı çağırış Milli Məclisin deputatlığına namizəd olub, lakin seçilməyib.